Daha 125 nəfər koronavirusa yoluxdu
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 234662 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228839 nəfər müalicə olunaraq sağalıb, 3223 nəfər vəfat edib, aktiv xəstə sayı 2600 nəfərdir.


Ölkədə son sutka ərzində 4205, hazırkı dövrədək isə 2602884 test aparılıb.
01.03.2021 17:07:00
Oxuma sayı: 65