3300-dən artıq məhkumun cəza müddəti azaldılıb
Ölçü:

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası üzrə tədbirlər davam etdirilir.

Məhkəmə-hüquq Şurasından Koordinat.az-a verilən məlumata görə, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib: “35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

Ötən il həmçinin yeni kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb, həmin məhkəmələr təcrübəli hakimlərlə komplektləşdirilib. Kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu və elektron sənəd dövriyəsi təsbit olunub. Əlçatanlığın effektiv müəyyən edilməsi nəticəsində kommersiya işlərinin sayı 50%-dək artıb, iddiaların 94%-i təmin olunub, qərarların sabitliyinin göstəricisi 96% təşkil edib”.
01.03.2021 16:24:00
Oxuma sayı: 40