Sarkisyan mitinq öncəsi ermənilərə müraciət etdi
Ölçü:

Ermənistan prezidenti Armen Sarkisyan 1 mart 2008-ci il hadisələrinin növbəti ildönümü münasibətilə həmyerlilərinə müraciətində siyasi qüvvələri zərbələrdən və qeyri-sabitlikdən çəkindirməyə çağırıb.

Koordinat.az
-ın məlumatına görə, Sarkisyan deyib ki, siyasi mübarizə qanuni çərçivədən kənara çıxmamalı, sarsıntılara və qeyri-sabitliyə yol verməməli, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, xüsusilə qarşıdurma və bölünməyə çevrilməməlidir.

Sarkisyanın sözlərinə görə, ölkənin birliyə və həmrəyliyə ehtiyacı var: "Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət daşıyır".

Bu gün Yerevanda iki mitinq planlaşdırılır. Müxalifət Baqramyan prospektində parlament binası qarşısında yerli vaxtla 18:00-da, Paşinyanın tərəfdarları - 18:30-da Respublika meydanında toplaşacaqlar.

Xatırladaq ki, 1 mart 2008-ci ildə Ermənistandakı müxalifət nümayişlərinin dağıdılması zamanı 10 nəfər ölmüşdü.
01.03.2021 12:43:00
Oxuma sayı: 39