İcra başçısı sərxoş halda işğaldan azad olunmuş əraziyə gedib?
Ölçü:

İşğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedən Ağdam rayonunun icra başçısı Vaqif Həsənov ilə bağlı iddialar əsassızdır.

Koordinat.az
xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Rəhimova Ağdam rayon icra başçısı Vaqif Həsənovun sosial şəbəkədə yayılan videosundan danışarkən deyib. O bildirib ki, belə məlumatlar ancaq paxıl adamlar tərəfindən yayılır: "İnsan bu boyda yalanı necə danışa bilər? Bu, ancaq paxıl, qəlbiqara insanların işidir. Bizim icra başçısının bütün fəaliyyəti göz qarşısındadır. Adam necə işləyən adamı görməzlikdən gələ bilər? İşləmək istəyən insana da imkan vermirlər”.

Qeyd edək ki, Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb. Videodan görünür ki, icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir.

01.03.2021 12:28:00
Oxuma sayı: 209