10 noyabr razılaşmasının yerinə yetirilməyən 3 bəndi - SİYAHI
Ölçü:

"Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur".

Koordinat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Maraqlıdır, müzakirə edilən hansı məsələlərdir?

Politoloq Qabil Hüseyn hesab edir ki, yerinə yetirilməyən bəndlərin biri Azərbaycanın suverenliyi ilə bağlıdır. Belə ki, "Laçın dəhlizi"ndə Azərbaycanın Azərbaycanın həm sərhəd, həm də gömrük buraxılış mənqəqələri qurulmalıdır.

İkinci, sərhədllərin demarkasiyası və demilitasiyası , o cümlədən, Qazaxın 7 kəndinin və  ötən əsrin 80-ci illərinin əvvəllərində Moskvanın göstərişi ilə Ermınistana verilən 14 min kvadratmetr ərazinin geri qaytarılması.

Q.Hüseynli deyir ki, status məsələsinə Rusiya tərəfindən ilk vaxtlar yanaşması çox ehtiyatlıydı, indi Moskva yenidən ATƏT-nin Minsk Qrupunu işə salıb: “Əvvəlki vaxtlarda fərqliydi, Moskva 2+2 formuluna üstünlük verirdi (Türkiyə- Azərbaycan, Rusiya-Ermənistan), indi beynəlxalq mandatın lazım olduğunu deyərək Ankaranı proseslərdən kənarda qoymağa çalışır. Amma Rusiya-Türkiyə monitorinq qrupu fəaliyyət göstərirsə, deməli, Türkiyə Cənubi Qafqaza yerləşib. Gələcək hadisələrin inkişafında Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq”.

Politoloqun fikrincə, əslində, Azərbaycan dövlət başçısı demək istəyir ki, 10 noyabr sazişi yerinə yetiriləcəksə, bölgədə layihələrin reallaşması mümkündür: “Əgər Ermənistan özünü normal aparıb proseslərin gələcəyini görəcəksə, çox böyük uduş əldə edə bilər. Yox, Rusiya tərəfi Ermənistan ordusunu yenidən qurub, silahlar verib gərginlik yaradan mərkəzə çevirmək istəyirsə, bu, baş tutmayacaq. Prezident onu da əlavə etdi ki, nə qədər yalançı kreditlərlə Ermənistana silah vermək olar, bunları dəyəri 5-6 milyard dolları ötüb. Bütün hallarda bölgədə gərginliyin baiskarı bir superdövlətdir, o da əməlləriylə bunu sübuta yetirir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə “Azadlıq” radiosuna deyib ki, 10 noyabr bəyanatının yerinə yetirilməyən 3 bəndi bunlardır:
1) Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması,
2) Məcburi köçkünlərin geri qaytarılması
3) 51-dən çox yaşayış məntəqəsinin boşaldılması.

Ekspert deyir ki, bu 3 bənd yerinə yetirilməməsi müzakirə mövzusudur. Xüsusilə “Qarabağ müdafiə ordusu” adlandırılan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması və məcburi köçkünlərin yurdlarına qaytarılması ilə bağlı müddəanın yerinə yetirilməməsi ciddi müzakirə mövzusudur. Eyni zamanda Şuşanın 33, Ağdərənin 14, Xocavəndin 2 kəndinin, Xocalı, Kərkicahan, Kosaların geri qaytarılmaması da üçtərəfli razılaşmanın icrasına inamsızlıq yaradır. Halbuki 1992-ci ilə qədər bu kəndlərdə azərbaycanlılar yaşayıb, onlar qayıtmalıdır. İndiyə qədər həmin bəndlər yerinə yetirilməyib.

01.03.2021 11:48:00
Oxuma sayı: 43