Ali Məhkəmədə baxılan işlərin 47 faizi bir nazirliklə bağlıdır
Ölçü:


Ali Məhkəmənin İnzibati Kollegiyasında 2020-ci il ərzində baxılmış işlərin aid olduğu inzibati orqanlar üzrə bölgüsüsü açıqlanıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda qeyd olunur. Bölgüyə əsasən, mərkəzi icra hakimiyyəti və digər inzibati orqanları üzrə 535 iş (23,9%), bələdiyyələr və yerli icra hakiyyəti oraqnları üzrə 223 iş (10%), vergi xidməti üzrə 154 iş (6,9%), Əmlak Məsələləri Dövlət Komitəsi 302 iş (13,5%) olub.

Ən çox iş isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olub. Belə ki, ötən il təkcə bu nazirliklə əlaqəli Ali Məhkəməyə 1022 iş daxil olub. 2020-ci il ərzində bu qurumun iştirak etdiyi işlərin sayı azalaraq bütövlükdə baxılmış işlərin 45,7%-ni təşkil edib. Yəni, bütövlükdə 2236 işə baxılıb, bunlardan 1022-si ƏƏSMN-in tərəf kimi iştirak etdiyi işlər olub.

26.02.2021 17:40:00
Oxuma sayı: 214