Şarl Mişel Gürcüstana səfər edəcək
Ölçü:


Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel Gürcüstana səfər edəcək.

Koordinat.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Bildirilib ki, Ş.Mişel fevralın 28-dən martın 3-dək ardıcıl olaraq Moldova, Gürcüstan və Ukraynaya səfər edəcək.

O, Gürcüstana səfəri çərçivəsində Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlament sədri Arçil Talakvadze ilə görüşlər keçirəcək. Şarl Mişelin müxalifət liderləri ilə də görüşəcəyi qeyd olunub.

Aİ Prezidenti daha sonra Ukraynaya səfər edəcək və Prezident Vladimir Zelenski ilə görüşəcək.

Məlumatda qeyd olunub ki, ikitərəfli əlaqələr və COVİD-19-a qarşı birgə mübarizə, Şərq Tərəfdaşlığının gələcəyi kimi məsələlər səfərin gündəliyində əsas məsələlər olacaq.
26.02.2021 15:11:00
Oxuma sayı: 42