Sabah Moskvada üçtərəfli görüş keçiriləcək
Ölçü:

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri fevralın 27-də yenidən görüşəcək.

Koordinat.az
xəbər verir ki, hər üç tərəf Moskvada görüşə gələcəklərini təsdiqləyib.
Görüşdə Cənubi Qafqazda dəmir yolu və avtomobil yolları kommunikasiyalarının tam açılması müzakirə olunacaq.

Xatırladaq ki, üçtərəfli Komissiya çərçivəsində Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçuk ilk dəfə yanvarın 30-da görüşmüşdülər. Həmin görüş zamanı 2 ekspert yarımqruplarının yaradılması barədə razılıq əldə edilmişdi. Birinci altqrupa İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, ikinci yarımqrupa isə yenə də XİN, DTX, ərzaq təhlükəsizliyi və inspeksiya orqanları daxil edilib.
26.02.2021 14:09:00
Oxuma sayı: 48