İlham Əliyev iranlı jurnalistə irad tutdu
Ölçü:

“Siz terrorçu qrupları haqqında danışdınız. Hansı məlumatlara istinad edirsiz və hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir? Sizin sualınız bir növ ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edin. Siz mənə dəqiq mənbə, dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, amma dediyinizin arxasında durmalısız”.

Koordinat.az
-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İrandan olan jurnalistin Vətən müharibəsində terrorçu qruplaşmaların iştirakı iddiası ilə bağlı sualını cavablandırarkən deyib.

Prezident “İrna" xəbər agentliyinin müxbiri olan xanım jurnalisti spekulyasiyaya yol verməməyə çağırıb: “Siz öz verdiyiniz suala özünüz cavab verdiniz. Bunlar hər hansı terrorçu qrupların iştirakı lə bağlı uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist olaraq bu sualı ünvanlayırsız. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Azadolunmanı bizim ordumuz edib. Bu, sadəcə Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır, onlar üçün bəhanədir, ağrılı məsələdir ki, azadolunmanı Azərbaycan əsgəri edib. Kimsə bu terrorçuları görübmü? Siz və sizin həmkarlarınız bizə ad verə bilərsinizmi? Sizə tövsiyəm odur ki, spekulyasiyalara yer verməyəsiz. İranla bizim əməkdaşlığımız var. İran şirkətləri yenidənqurma işlərində iştirak etmək istəyirlər”.

Daha sonra jurnalist sualına düzəliş edərək, yanlış anlaşıldığını deyib: “Mən ümumiyyətlə bölgədə İŞİD kimi terrorçu birləşmələrin təhlükəsilə bağlı soruşurdum”.

Prezident İlham Əliyev jurnalistə bu aydınlatması üçün təbəssümlə təşəkkür edib.

26.02.2021 13:27:00
Oxuma sayı: 63