"Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradıldı - SİYAHI
Ölçü:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, sərəncamda deyilir:
"1. Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 263-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun 3-cü maddəsindən irəli gələrək, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılsın:

İşçi Qrupun rəhbəri
energetika naziri

İşçi Qrupun üzvləri
xarici işlər nazirinin müavini
ədliyyə nazirinin müavini
iqtisadiyyat nazirinin müavini
Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti
Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.

2. Energetika Nazirliyi və Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".

25.02.2021 16:47:00
Oxuma sayı: 55