Ermənistan prezidenti regional təzyiqlərdən narahatdır
Ölçü:

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə gərginliyi azaltmaq və böhranı sülh yolu ilə həll etmək üçün təcili addımlar atacağını bəyan edib.

Koordinat.az
erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan prezidentin rəsmi saytında bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, “Dağlıq Qarabağdakı müharibənin nəticələri hələ də aradan qaldırılmayıb, minlərlə ölü və yaralılarımız, ciddi regional təhdidlər var. Amma ölkədəki vəziyyət yenə də partlayış həddinə çatıb”.

"Bu proses Ermənistan dövlətçiliyi üçün gözlənilməz nəticələrlə doludur və qarşısıalınmaz itkilərə səbəb ola bilər," - deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, ölkədə hərbi vəziyyət rejimi hələ də qüvvədədir, xarici təhlükə real olaraq qalır və atəşkəs elanı sülh müqaviləsi deyil. Ölkə çoxsaylı problemlərlə üzləşib: "Hər kəsi - dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını, siyasi qüvvələri, bütün vətəndaşları təmkinli və səbrli olmağa çağırıram. Hər hansı bir düşünülməmiş söz böhranı dərinləşdirir".

Prezident təxribatlardan və dözümsüzlük çağırışlarından çəkinməyə çağırıb, bildirib ki, erməni xalqı parçalanmaya yol verməməlidir. Sarkisyanın sözlərinə görə, ölkədəki sabitliyi pozmaq və Konstitusiyaya qarşı hərəkət etmək cəhdlərini rədd etmək lazımdır: "Prezident institutunun balanslaşdırıcı bir qurum kimi rolunu bir daha təsdiqləyərək, təcili olaraq gərginliyi azaltmaq və problemi sülh yolu ilə həll etmək üçün yollar tapmaq üçün addımlar atıram".
25.02.2021 17:12:00
Oxuma sayı: 57