11 mindən çox şəhid ailəsi və müharibə əlili evlə təmin ediləcək
Ölçü:

2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Koordinat.az
xəbər verir ki, bu barədə bu gün Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bildirilib. Bu, Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən təmin ediləcək.

Qeyd edək ki, bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Ramana qəsəbəsində məcburi köçkünlər üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Zəfər müharibəsindən sonra həmin mənzillərin məcburi köçkünlərə deyil, şəhid ailələri və müharibə əlillərinə verilməsi qərara alınıb.

25.02.2021 14:32:00
Oxuma sayı: 57