Paşinyan tərəfdarları ilə yürüş keçirir - FOTO
Ölçü:

Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda tərəfdarları ilə birgə yürüş keçirir.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbi çevriliş cəhdinə qarşı xalqı küçələrə çağıran Paşinyan yürüşə başlayıb. Oğlu da Nikol Paşinyanla birlikdə yürüşdə iştirak edir.

Hakim "Mənim addımım" blokundan olan deputatlar və digər dövlət rəsmiləri də yürüşə qatılıb.

Hazırda "Ruptly" yürüşdən canlı yayım edir.

25.02.2021 14:12:00
Oxuma sayı: 274