Putinin mətbuat katibindən Yerevandakı hadisələr barədə açıqlama
Ölçü:

“Kreml Ermənistandakı hadisələri narahatlıqla izləyir”.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib. O, Putinlə Paşinyanın Yerevandakı hadisələrdən sonra hələ danışmadıqlarını söyləyib: "Yerevandakı gərginlikdən sonra Putinlə Paşinyan hələ danışmayıb. Amma ehtiyac yaranarsa, operativ əlaqə təmin oluna bilər".

Peskov tərəfləri sakitliyə çağıraraq, baş verənlərin konstitusiya çərçivəsində həll olunmasını vacib sayıb.

Kreml və Rusiya XİN-i hadisələri Ermənistanın daxili işi kimi dəyərləndirib.
25.02.2021 13:59:00
Oxuma sayı: 50