Daha 220 nəfər koronavirusa yoluxdu
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233644 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir. Ölkədə son sutka ərzində 7915 hazırkı dövrədək isə 2571016 test aparılıb.

24.02.2021 14:47:00
Oxuma sayı: 12256