Sabah bu qışın ən soyuq günü ola bilər - xəbərdarlıq
Ölçü:

Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba  istiqamətlənərək, Azərbaycanı əhatə edəcək.

Koordinat.az xəbər verir ki, soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq.

Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.  Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq
22.02.2021 16:56:00
Oxuma sayı: 33