Ermənistanda müxalifət liderinə cinayət işi açıldı
Ölçü:

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi, eks-müdafiə naziri Vazgen Manukyana cinayət işi açılıb.

Koordinat.az
xəbər verir ki, Prokurorluq Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (Konstitusion quruluşun devrilməsi, ölkənin ərazi bütövlüyünün pozuması, yaxud hakimiyyəti ələ keçirməyə çağırış) cinayət işi açılıb.

Cinayət işi Manukyanın 20 fevral çıxışı zamanı xalqı hakimiyyəti zorla ələ keçirməyə hazır olmaq çağırışı ilə bağlı açılıb. Müxalifət rəhbərinin yaxın vaxtlarda məsuliyyətə cəlb olunması gözlənilir.

22.02.2021 16:37:00
Oxuma sayı: 34