Adil Qeybulladan peyvənd tövsiyəsi: "İnanmayın!"
Ölçü:

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Koordinat.az
-ın məlumatına görə, Adil Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O, hər kəsi peyvənd olunmağa çağırıb: "Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!".

19.02.2021 15:49:00
Oxuma sayı: 39