Daha 154 nəfər koronavirusa yoluxub
Ölçü:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187  nəfər vəfat edib. Hazırda 2 188 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758 , bu günə qədər isə ümumilikdə 2 521 394  test icra olunub.

17.02.2021 15:42:00
Oxuma sayı: 53