Əlillər evlərində peyvənd olunacaq
Ölçü:

"2021-2022-ci illər üçün Peyvəndləmə Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən peyvəndləmə prosesi çərçivəsində respublikamızın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

TƏBİB-dən Koordinat.az-a verilən məlumata görə, peyvəndləmə prosesini Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB həyata keçirməkdədir.
17.02.2021 11:46:00
Oxuma sayı: 49