Rusiya Qazaxıstana 11 min hektar torpaq qaytardı
Ölçü:


Rusiya və Qazaxıstan Baykonur kompleksinin icarəsi haqqında razılaşmaya dəyişikliklə bağlı protokol imzalayıblar.

Koordinat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb. Bildirilir ki, razılaşmaya əsasən, Rusiyanın icarəsində Akay və Toretam qəsəbələri yaxınlığında yerləşən 11,6 min hektar torpaq çıxarılıb. Bu torpaqlar Qızılordu vilayətinə verilib.

Qeyd edək ki, Baykonur Qazaxıstanda yerləşir və Rusiyaya icarəyə verilib.
14.11.2017 14:09:00
Oxuma sayı: 90