Mehriban Əliyevanın köməkçilərinin sayı 4-ə çatdı - yeni təyinat
Ölçü:


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya daha bir köməkçi təyin edilib.

Koordinat.az
xəbər verir ki, Gündüz Kərimov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

Hazırda Birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb. Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyinin rəisi Altay Həsənovdur. Katiblik rəisinin müavinləri isə Mehdi Dadaşov və Fariz Rzayevdir.

14.11.2017 13:56:15
Oxuma sayı: 86