Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirilib - FOTO
Ölçü:


Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirilib.

Koordinat.az
xəbər verir ki, dünya çempionatının baş mükafatının Bakıya səfəri "Coca-Cola” şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub.

Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə aparılıb. Oteldə təşkil olunacaq mətbuat konfransının ardından kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər (Report).

09.02.2018 11:07:00
Oxuma sayı: 398