Lavrov ermənistanlı həmkarı ilə Qarabağı müzakirə etdi
Ölçü:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı ilə Qarabağı müzakirə edib.

Koordinat.az
Rusiya mətbuatına  istinadən xəbər verir ki, müzakirə telefon danışığı formatında gerçəkləşib. Lavrov və Ermənistan XİN başçısı Ara Ayvazyan Qarabağla bağlı üçtərəfli bəyanatın icrası barədə fikir mübadiləsi aparıblar.

Qarabağ məsələsi ilə bağlı digər mövzular da müzakirə olunub.

27.01.2021 18:17:00
Oxuma sayı: 243