Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşəcək
Ölçü:


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, səfər çərçivəsində Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.

 
14.11.2017 13:34:00
Oxuma sayı: 1321