Ağdərə yolu açıla bilər - ermənilərin Kəlbəcərdən Vardenisə keçə bilməsi şərtilə - Rusiya "vasitəçi" rolunda
Ölçü:

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir. Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi Yerevan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.

Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri Ağdərə-Kəlbəcər yolunu bağlayaraq rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər. Sonradan məlum olmuşdu ki,  Ağdərə-Kəlbəcər yolunu bağlayanlar Ağdərədə deyil, Ermənistandan yaşayanlardır. Yolkəsmə aksiyasının təşkili isə Rusiya sülhməramlıları tərəfindən  əvvəlcədən hazırlanmış "tədbir" olub. Məqsəd ermənilərin Kəlbəcərdən keçməklə Vardenisa gediş-gəlişinə təminat yaratmaq üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu yerinə yetirən Rusiyaya bununla bağlı rəsmi müraciətin hazırlanmasina zəmin yaratmaqmış.
26.01.2021 10:16:00
Oxuma sayı: 80