Xırdalanda güclü partlayış - xəsarət alanlar var
Ölçü:

Abşeron rayonu, Xırdalan şəhərində evdə partalayış olub.

Koordinat.az
-ın məlumatına görə, hadisə şəhərin mərkəz hissəsində baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılb. Onlardan biri qadın, digəri uşaqdır. Axtarış xilasetmə işləri davam edir. Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

25.01.2021 19:40:00
Oxuma sayı: 37