Azərbaycan “Böyük İyirmilik” sammitində iştirak edəcək

Koordinat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. O, qeyd edib ki, Azərbaycan ikinci dəfədir G20 sammitinə dəvət olunduğunu diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, tədbir sərmayələrin cəlb olunması baxımından da vacibdir:
“Çünki platformalarda iş daha sonra “Böyük İyirmilik” sammitində ölkə rəhbərinin iştirak etməsi Azərbaycan üçün nəticə etibarilə yeni investisiya imkanları deməkdir. Bu baxımdan tədbirdə iştirak Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Ölkəyə daha çox sərmayənin cəlb edilməsi, eyni zamanda, birgə layihələrin işlənməsi üçün yeni imkanlar yaranacaq. Bu tədbir həm də ona görə tarixidir ki, praktik olaraq, Azərbaycan və İtaliya arasındakı dostluq və strateji münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir”.
25.01.2021 15:18:00
Oxuma sayı: 41