Minsk Qrupunun həmsədrləri Polşada görüşəcək
Ölçü:


ATƏT-in Minsk qrupu Qarabağa növbəti səfərə hazırlaşır.

Koordinat.az
xəbər verir ki, həmsədrlər bu həftə Polşada görüş keçirəcək. Görüş zamanı Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Popov (Rusiya) Qarabağla bağlı atacaqları növbəti addımları və Cənubi Qafqaz regionuna növbəti səfər planını müzakirə edəcək.

Sonuncu dəfə həmsədrlər dekabrın 12-14-ü tarixlərində regionda səfərdə olmuşdular.  

 

25.01.2021 12:57:00
Oxuma sayı: 45