Dəniz quldurlarının qətlə yetirdi azərbaycanlının nəşi Bakıya yola salınacaq
Ölçü:


Nigeriya sahillərində quldurların əlinə keçən Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah Bakıya gətiriləcək.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, artıq bu istiqamətdə işlərə başlanılıb:

Xatırladaq ki, dünən Nigeriya sahillərində dəniz quldurları Türkiyəyə məxsus gəmiyə hücum edib. Hücum zamanı gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb. Gəminin qətlə yetirilən heyət üzvlərindən bir nəfər azərbaycanlıdır. Fərman İsmayılov adlı həmin şəxsin nəşinin Azərbaycana gətiriləcəyi gözlənilir.
24.01.2021 11:02:00
Oxuma sayı: 41