Müharibədə iştirak etmiş könüllülər Yerevanda etiraz aksiyası keçirib
Ölçü:

Yerevanda Qarabağ müharibəsində könüllü döyüşə yollanmış bir qrup əsgər Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, onlar döyüşlərdə iştirak etdikləri üçün təzminatların ödənməsini tələb edirlər.

Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyanla görüşərək öz tələblərini çatdırmaq istədiklərini bildiriblər.

Onlardan birinin sözlərinə görə, Nazirlik rəsmisi təzminatların dekabrın 30-dək ödəniləcəyini bildirmişdi.
22.01.2021 17:55:00
Oxuma sayı: 38