Ramiz Mehdiyev Yaqub Mahmudovu özünə müşavir təyin etdi
Ölçü:


Akademik Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Koordinat.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb. Bildirilib ki, Y.Mahmudov AMEA prezidentinin müşaviri təyin edilib.

Qeyd edək ki, Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, 2004-cü ildən Tarix İnstitutunun direktoru vəzifəsində çalışırdı.
22.01.2021 17:39:00
Oxuma sayı: 45