Şahbaz Quliyevin anası vəfat etdi
Ölçü:


Bu yaxınlarda Ermənistanın girovluğundan azad edilən əslən kəlbəcərli Şahbaz Quliyevinm anası Sənəm Quliyeva bu gün vəfat edib.

Koordinat.az xəbər verir ki, bu barədə keçmiş girovun dostları məlumat yayıb.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılıblar.

Allah rəhmət eləsin…
22.01.2021 14:51:00
Oxuma sayı: 36