5 il ərzində ödənməyən cərimələr silinəcək
Ölçü:


İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilməyəcək.

Koordinat.az
xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti ilə bağlı maddəyə yeni bənd əlavə edilir.

Qeyd edək ki, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
22.01.2021 14:27:00
Oxuma sayı: 39