14758 şagird, 7090 müəllim koronavirusa yoluxub
Ölçü:


“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14758, işçilərin sayı 7090 nəfərdir”.

Koordinat.az
-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib. O qeyd edib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.

22.01.2021 13:47:00
Oxuma sayı: 59