İranın Qum şəhərində 20 yanvar şəhidləri anıldı - FOTO
Ölçü:

1990- cı ilin yanvarın 19-dan 20-ə keçən gecə azadlığ mübarizəsinə qalxan yüz minlərlə insana qarşı keçmiş Sovet imperiyasının rəhbərliyinin göstərişi ilə Bakıda və Azərbaycanın müxtəlif şəhər və rayonlarda insanlara qarşı amansız divan tutuldu.

Koordinat.az xatırladır ki, Qanlı Yanvar hadisələri nəticəsində yüzlərlə insan sovet əsgərləri tərəfindən qətlə yetirildi.

Düz 31 ildir ki, hər il ölkəmizdə və dünyanın müxtəlif yerlərində 1990 - cı ilin 20 yanvar gecəsi şəhid olan insanlar yad edilərək onların haqq işindəki mübarizələri xatırlanaraq yad edilir və ruhlarına dualar oxunur.

Hər il olduğu kimi qardaş İran dövlətindədə Azərbaycan xalqının bu acısı yad edilərək şəhidlərin ruhlarına dualar oxunur. Qum şəhərində keçirilən 20 yanvar şəhidlərinin yad edilməsi mərasimində çıxış edənlər şəhid olanların qəhrəmanlıq tarixçəsindən danışaraq fikirlər bildiriblər.

Qum şəhərində keçirilən mərasimdə çıxışçılar qardaş ölkənin haqq mübarizəsində hər zaman yanlarında olduqlarını bir daha bəyan etdilər.
22.01.2021 13:39:00
Oxuma sayı: 61