Teledərslər tədris ilinin sonuna kimi davam edəcək
Ölçü:


“Əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməzsə, məsuliyyəti öz üzərinə götürür”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, övladını əyani təhsilə göndərməyən valideynlər uşaqların teledərsləri izləməsini təmin etməlidirlər: “Valideynlər şagirdlərin qiymətləndirmədə iştirakına zəmin yaradacaq”.

Təhsil naziri Emin Əmrullayev isə bildirib ki, valideynlər uşaqlarını məktəblərə göndərməyə çəkinirlərsə, təhsil ilinin sonuna kimi teledərslər davam etdiriləcək.
22.01.2021 13:24:00
Oxuma sayı: 63