11 500 tələbənin təhsilhaqqı xərclərini dövlət ödəyib
Ölçü:

“Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur”.

Koordinat.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. Nazirin sözlərinə görə, Prezidentin müvafiq sərəncamı ilə 11 500 tələbəyə sosial yardım göstərilib:

 Təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkədə təhsil haqqı xeyli aşağıdır. O bildirib ki, bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir.

“Əgər biz bu sistemə keçsək, bu, o, deməkdir ki, biz rəqabət şəraitindən imtina edirik. Bu gün ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 6-sı dövlət hesabına təhsil alır. Hazırda 1-ci kursda oxuyan tələəblərin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur. Amma təhsil haqqı problemi olan tələəblərimiz də var"- Əmrullayev qeyd edib.

Nazir bildirib ki, ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır. Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional müəssisələrdə bu məbləğ daha aşağıdır.
22.01.2021 13:12:00
Oxuma sayı: 12317