Navalnıya 12 il 6 ay həbs cəzası verilə bilər
Ölçü:

Rusiya müxalifətinin əsas siması, araşdırmaçı bloger Alaksey Navalnını uzunmüddətli həbs cəzası gözləyir.

Koordinat.az
Bloomberg agentliyinə istinadən xəbər verir ki, Kreml ilk olaraq siyasətçiyə “İv Roşe” işi üzrə 3,5 illik həbs cəzası verməyi düşünür. Bu iş üzrə siyasətçi artıq 1 ilini həbsdə keçirmişdi.

Bunun ardınca, siyasətçinin həbs müddəti başqa bir cinayət işi – “fırıldaqçılıq” əsasında daha 10 il uzadılacaq. Bu barədə “Bloomberg”ə Rusiya prezidentinin administrasiyasından 2 fərqli mənbə məlumat verib.
22.01.2021 12:40:00
Oxuma sayı: 42