İbtida sinif, məktəbəhazırlıq, icma əsaslı qruplarda dərslər açılır - fevralın 1-dən
Ölçü:

“Fevralın 1-dən bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa ediləcək”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası nazirliyin təkbaşına verəcəyi qərar deyil: “Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeron ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq-, nazir deyib.
22.01.2021 12:28:00
Oxuma sayı: 66