ABŞ Dövlət katibinə namizəd bədnam 907-ci düzəlişi gündəmə gətirdi
Ölçü:

Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Co Bayden yaxın 4 il üçün Administrasiyasını formalaşdırmağa başlayıb.

Koordinat.az
xəbər verir ki, Amerikanın Erməni Milli Konqresi Baydenin Dövlət katibi postuna irəli sürdüyü Entoni Blinkenin Dağlıq Qarabağla bağlı suallara cavabını yayıb. Erməni Milli Konqrensinin bu yayımı təbii ki, Entoni Blinkenin Dağlıq Qarabağla bağlı suallara cavabını daha çox erməni maraqlarına uyğunlaşdırmaq məqsədi güdür.

Senatın Beynəlxalq Münasibətlər Komitəsində namizədliyinin təsdiqlənməsi üçün keçirilən dinləmələr zamanı Blinken komitənin sədri, ermənipərəst senator Bob Menendesin suallarına yazılı cavab verib: "Mən payızda Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpası və Dağlıq Qarabağın, ətraf ərazilərin humanitar yardım ehtiyacı duymasından narahatam. Mən qətiyyətlə ABŞ-ın Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün səylərini dəstəkləyirəm. Dövlət katibi postuna təsdiqlənəcəyim halda, regionun humanitar ehtiyaclarını ödəmək üçün Konqreslə, USAID və BMT kimi beynəlxalq təşkilatlarla, müttəfiq və partnyor ölkələrlə sıx çalışacam”

Blinken ölkəsinin Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərə yenidən baxa biləcəyini, 907-ci düzəlişin yenidən bərpa olunmasının mümkünlüyünə dair siqnal da verib: “Mən Ermənistana təhlükəsizliyinin, həmçinin, demokratik idarəetmənin möhkəmləndirilməsi, iqtisadi artıma dəstək olmaq üçün yardım ayrılmasına tərəfdaram. Dağlıq Qarabağdakı son hərbi əməliyyatlar fonunda bizim Administrasiya Azərbaycana təhlükəsizlik sahəsində ayrılan yarıma yenidən baxacaq. Əgər vəziyyət tələb etsə, Bayden-Harris Administrasiyası 907-ci düzəlişin tələblərinin dondurulması barədə qərarını dayandıra bilər. Təsdiqlənəcəyim təqdirdə Konqres və Pentaqon rəhbəri ilə birlikdə Ermənistanın və regionun təhlükəsizlik ehtiyaclarını ödəmək üçün müvafiq yardımı həcmini müəyyənləşdirəcəyik”.

Xatılrladaq ki, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təsiri ilə qəbul edilən və Azərbaycana Amerikanın birbaşa yardımını yasaqlayan düzəlişdir. Sənəd 2001-ci il oktyabrın 24-də ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanla əməkdaşlığı fonunda dayandırılmışdı.

22.01.2021 11:12:00
Oxuma sayı: 43