Lavrov ATƏT-in sədri ilə görüşəcək
Ölçü:

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Koordinat.az
xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib. O, qeyd edib ki, Sergey Lavrovla Cavad Zərif arasında görüş yanvarın 26-da keçiriləcək.

M.Zaxarova İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin fevralın 2-də Rusiya paytaxtına səfər edəcəyini də qeyd edib: “Sergey Lavrov isveçli həmkarı ilə görüşdə ATƏT daxili məsələləri, eyni zamanda Rusiya-İsveç münasibətlərini müzakirə edəcək”.

21.01.2021 16:12:00
Oxuma sayı: 33