Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb
Ölçü:

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Koordinat.az
-ın məlumatına görə, bunu kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev deyib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib. Daha bir əməkdaş aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə şiddətli töhmət, 11-nə isə töhmət elan  edilib”.
21.01.2021 16:57:00
Oxuma sayı: 38