Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil fabrikləri quracaq
Ölçü:


Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə tutur.

Koordinat.az
xəbər verir ki,  bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk deyib. O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekstil sahəsinə yatırım etmək nəzərdə tutulur.

İ.Öztürk bildirib ki, digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycandakı müzakirələrdən sonra müəyyən ediləcək.
21.01.2021 12:09:00
Oxuma sayı: 41