Ermənistanın Qarabağda verdiyi itkilərin sayı 3439 oldu
Ölçü:

Qarabağda döyüş meydanından 3439 hərbçinin cəsədi çıxarılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin 1-ci müavini Tiqran Avinyan bildirib. O, həmin hərbçilərin 766-nın şəxsiyyətinin müəyyən olunmadığını, bunun üçün DNT testləri aparıldığını əlavə edib. Baş nazirin müavini yüzlərlə itkin düşmüş hərbi qulluqçunun olduğunu da əlavə edib.

“Hazırda ölən və itkin düşəmnlərlə bağlı konkret rəqəm söyləyə bilmərəm. Konkret rəqəm olanda Müdafiə Nazirliyinin hesabatında açıqlanacaq. Amma deyə bilərəm ki, bu rəqəm 4 mini keçməyəcək”.
20.01.2021 17:54:00
Oxuma sayı: 41