Hulusi Akar Bağdadda Məsud Bərzani ilə görüşdü -FOTO
Ölçü:


Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər İraqa səfər çərçivəsində Bağdaddan sonra Ərbilə gediblər.

Koordinat.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar Ərbildə İraq Kürdüstan Regional Hökumətinin keçmiş başçısı və Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani ilə görüşüblər.

H.Akar görüşdə Ərbildə olmaqdan məmnuniyyət hissi duyduğunu bildirib: “Həm iraqlı qardaşlarımız, həm də region xalqı, həm də Türkiyə üçün problemlərimizi müzakirə etmək fürsəti tapacağıq. Problemləri birgə həll edə biləcəyimizə inanıram”.

Nazir H.Akar M.Bərzaniyə PKK-nın narkotik, silah və insan alveri ilə məşğul olan əliqanlı beynəlxalq terror təşkilatı olduğunu xatırladıb: “PKK-nın gerçək üzünü İraqda bir çoxları daha açıq şəkildə görür. PKK bölgə xalqının da düşmənidir. Bu terror təşkilatının bölgə xalqını, kürd qardaşlarımızı təmsil etmədiyini, əksinə, onları çıxılmaz duruma saldığını illərdir vurğulayırıq”.

Türkiyə nümayəndə heyəti eyni zamanda İraq Kürdüstan Regional Hökumətinin baş naziri Məsrur Bərzani ilə də görüşüb.

19.01.2021 18:20:00
Oxuma sayı: 47