Məktəblər fevralın 1-dən açıla bilər
Koordinat.az-ın məlumatına görə, nazirlikdən “Report”a bildirilib ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.
“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.
19.01.2021 12:38:00
Oxuma sayı: 12305