Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi
Ölçü:

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Koordinat.az
xəbər verir ki, fərmanda deyilir:
1. “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Fond:
5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


19.01.2021 12:11:00
Oxuma sayı: 43