Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatın icrasını müzakirə etdi
Ölçü:


Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
15.01.2021 17:43:00
Oxuma sayı: 56