Daha 349 nəfər koronavirusa yoluxdu
Ölçü:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 226549 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 213773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib, aktiv xəstə sayı 9793 nəfərdir.

Ölkədə son sutka ərzində 7231 hazırkı dövrədək isə 2302843test aparılıb.

15.01.2021 17:08:00
Oxuma sayı: 59